az en  ru 

Layihə - peşəkar zərurət kimi

Layihə - peşəkar zərurət kimi
1 Fevral 2016
Hər birimiz gündəlik həyatda müxtəlif layihələr həyata keçiririk. Layihələrin sadə nümunələri:  təmir, səyahət, diplom işinin yazılması.... Bütün növ fəaliyyətlərin arasında bəzi oxşar cəhətlər vardır ki, onu layihəyə çevirir: zaman, məhdud resurslar və unikal nəticə. Layihələrin idarə edilməsinə peşəkar zərurət - insan şəxsi biznes layihəsini həyata keçirməyə çalışdıqda və ya əməkdaşlar qarşısında fəaliyyətin zamanında və məhdud resurslarla yerinə yetirməsi öhdəliyi qoyulduqda yaranır.

Peşəkarlar menecerlər üçün layihələrin idarə edilməsi – adətən əmək fəaliyyətinin əsas, ən maraqlı və yaradıcı hissəsidir. Bu fəaliyyət sistemi – məhdud zaman, maliyyə vəsaiti (və resurslar), eləcə də zəruri keyfiyyətlə layihənin məqsədlərinə maksimal dərəcədə effektiv həyata keçirilməsinə yönləndirilmişdir.

AzPMA məsuliyyətli menecerləri və işə yeni başlayan mütəxəssisləri peşəkar təlim keçməyə və İsveçrədə rəsmi saytda qeydiyyatdan keçən (www.ipma.ch) IPMA-nın beynəlxalq sertifikatını əldə etməyə dəvət edir.

Proqram azərbaycan, rus və ingilis dilində keçirilərək təlim və imtahandan ibarətdir. "IPMA sertifikatlaşmasına hazırlıq” təlimi Sizə layihələrin idarə edilməsi üzrə əsas kompetensiylarına malik olmaq, əsas sənədlərlə işləməyi öyrənmək üçün imkan yaradacaqdır. Təlim 24 saat müddətində, hər dərs 2 saat olmaqla, 12 dərsdən ibarət olacaqdır (iş saatından sonra). Daha sonra namizədlər imtahan verir, eləcə də, interaktiv praktiki sessiyalar (workshop) zamanı komanda işində fəallığı üzrə qiymətləndirilir. "С” və daha yüksək dərəcələr layihə hesabatı yazır və asessorlar ilə müsahibədən keçirlər. Sertifikatın təsdiqlənməsi və alınması üşün xaricə getmək lazım deyil, belə ki, bütün mərhələlər Bakıda, AzPMA ofisində Sizə münasib olan vaxtda keçirilir. "D” dərəcəsi üzrə tam proqramın məbləği 700 evro təşkil edir.

IPMA sistemi menecerlərə 4-dərəcə üzrə beynəlxalq status almağa imkan yaradır:

• IPMA level «D» - layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis
• IPMA level «С» - sertifikatlaşdırılmış layihə meneceri
• IPMA level «B» - sertifikatlaşdırılmış aparıcı layihə meneceri
• IPMA level «A» - sertifikatlaşdırılmış layihələr direktoru

Dərəcələr asessorlar tərəfindən namizədin layihələr üzrə təcrübəsinə uyğun olaraq təyin edilir. Dərəcənizi müəyyən etmək üçün AzPMA-nın ofisinə müraciət etmək və həyata keçirdiyiniz layihələrin siyahısını təqdim etmək lazımdır. Layihələrin idarə edilməsi üzrə təcrübəsi olmayan və komandada işləmək niyyətində olan namizədlər başlanğıc dərəcə olan - IPMA level «D» dərəsinə müraciət edə bilərlər.

Azərbaycan dilli təlim üçün sənədlər 8 fevral tarixinədək qəbul edilir.

Rus dilli təlim üçün sənədlər 1 mart tarixinədək qəbul edilir.

Qeydiyyat üçün müraciət edin: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.