az en  ru 

Uğurlu StartUp başlanğıcı

Uğurlu StartUp başlanğıcı
23 Fevral 2016
Yəqin ki, hər bir layihə meneceri qəlbinin dərinliyində öz startup layihəsini başlamağı arzulayır. Öz şəxsi biznesi açmaq istəyənlər hər zaman startup-ın yaradılmasını maliyyələşdirənlərdən daha çox olur. Layihənin unikallığını necə göstərmək və arzuedilən maliyyələşdirməni necə almaq olar? 

AzPMA-nın keçirdiyi 16-cı PM Club məhz– "Startup-ların inkişaf mərhələləri” aktual mövzusuna həsr olunacaqdır. Tədbirin qonağı Khazar Ventures və Sup.az startup-ın icraçı direktoru Nail Vəliyev olacaqdır. O, öz çıxışında – maliyyələşdirmə almaq üçün layihə hansı kriteriyalara uyğun olmalıdır, investisiyların alınması mexanizmləri, xərclənmiş vəsaitlərin geri qaytarılmasının təhlili və s. haqda danışacaqdır. Həmçinin görüşdə, müxtəlif ölkələrin uğurlu startup-larının yaranması və funksiyalaşması nümunələri təqdim ediləcəkdir.

Görüş layihə menecerləri, IT mütəxəssis, təcrübəçi-mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Bütün iştirakçılar üçün suallar vermək və müzakirələrdə iştirak etmək imkanı yaranacaqdır.

Project Managers` Club görüşlərinin keçirilməsində əsas məqsəd layihələrin idarə edilməsi sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsinin yaradılması və Azərbaycanın layihə menecerlərinin beynəlxalq standartlar üzrə işləməsinə cəlb edilməsidir. PM Club tədbirinin təşkilatçısı – Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasıdır.

Görüşün dili: təqdimat ingilis/rus dilində
İştirak haqqı 10 азн (girişdə ödəniş olunur)
AzPMA üzvləri üçün iştirak – pulsuzdur.  AzPMA üzvlüyünün üstünlükləri haqda məlumatı linkdən  əldə edə bilərsiniz: http://ipma.az/fundamentals.html

Qeydiyyat üçün: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Keçirildiyi tarix: 27 fevral, saat 12.00 (davamiyyəti 2 saat).

Keçirildiyi yer: Bakı ş., H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti, 3-cü mərtəbə, 317-ci otaq, Layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzi.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
www.ipma.az
Siyahıya qayiıtmaq
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.