Xəbərlər

29 İyun 2016

3 iyun tarixində AzPMA Project Managers` Club görüşü çərçivəsində "Layihəni necə aparıcı etmək olar” mövzusunda görüş keçirmişdir. Belə görüşləri AzPMA mütəmadi olaraq layihələrin idarə edilməsi sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsinin yaradılması üzrə keçirir və çıxış üçün digər xarici ölkələrin qonaqlarını da dəvət edir. Bu görüşdə Ukraynada IPMA beynəlxalq səviyyəsində layihələrin qiymətləndirilməsi üzrə ekspert Yelena Şaravara çıxış etmişdir.

Ətraflı  

1 İyun 2016

Çox zaman əməkdaşlarımızın layihə təcrübəsi layihə menecmenti üzrə dünya dərsliklərində təsvir edilən bir çox biznes-keyslərdən daha qiymətli olur. Layihələrin İdarə Edilməsi Assosiasiyası Azərbaycanda həyata keçirilən maraqlı layihə təcrübələrini toplamaq və onları layihələrlə işləyən bütün mütəxəssislərlə bölüşməyi özünə vəzifə hesab edir. Project Managers` Club çərçivəsində bizim məzunlar – Azərbaycanda layihə menecmenti üzrə ekspertlər, bəzən isə xarici qonaqlar çıxış edirlər.

Ətraflı  

30 Mart 2016
Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyası layihə menecerlərini daimi olaraq keçirilən Project Managers’ Club görüşündə iştirak etməyə dəvət edir. Layihə menecerlərinin 17-ci görüşü 2 aprel tarixində ATU-nun nəzdində yerləşən Layihələrin idarə olunması və innovasiyalar Mərkəzində keçiriləcəkdir. Görüş informasiya texnologiyaları və internet vasitəsilə ödəniş sistemlərinə həsr olunacaqdır.

Ətraflı  

23 Fevral 2016
Yəqin ki, hər bir layihə meneceri qəlbinin dərinliyində öz startup layihəsini başlamağı arzulayır. Öz şəxsi biznesi açmaq istəyənlər hər zaman startup-ın yaradılmasını maliyyələşdirənlərdən daha çox olur. Layihənin unikallığını necə göstərmək və arzuedilən maliyyələşdirməni necə almaq olar?

Ətraflı  

1 Fevral 2016
Hər birimiz gündəlik həyatda müxtəlif layihələr həyata keçiririk. Layihələrin sadə nümunələri: təmir, səyahət, diplom işinin yazılması.... Bütün növ fəaliyyətlərin arasında bəzi oxşar cəhətlər vardır ki, onu layihəyə çevirir: zaman, məhdud resurslar və unikal nəticə. Layihələrin idarə edilməsinə peşəkar zərurət - insan şəxsi biznes layihəsini həyata keçirməyə çalışdıqda və ya əməkdaşlar qarşısında fəaliyyətin zamanında və məhdud resurslarla yerinə yetirməsi öhdəliyi qoyulduqda yaranır.

Ətraflı  

22 Sentyabr 2015
Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasında (AzPMA) layihə menecerləri üçün "Layihə menecerinin yol xəritəsi” adlı kitabın təqdimatı keçirilmişdir. Kitabın müəllifi professor, texniki elmlər doktoru, AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru İqbal Babayevdir. Ətraflı  

  • 1
  • 2
Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.