Standart – ICB4

Layihə mühitində kompetensiyalar birdən çox əsas kompetensiya indikatorlarını özündə birləşdirən 29 kompetensiya elementinə ayrılıb.
• Perspektivli kompetensiyalar (5 element)
• İnsan kompetensiyaları (10 element)
• Praktiki kompetensiyalar (14 element)
Layihə və proqramların idarə edilməsi müvəqqəti fəaliyyət olduğu bir vaxtda, portfelin idarə edilməsi daimi prosesdir. ICB4®-də təqdim edilmiş kompetensiyalar layihələr, proqramlar və portfellərə uyğun olaraq strukturlaşdırılıb.

Perspektivli kompetensiyalar:

Fərdlərin ətraf mühitlə qarşılıqlı fəaliyyət göstərdikləri metodlar, alətlər və texnikaları təsvir edir, həmçinin insanlar, təşkilatlar və birliklərin layihə, proqram və layihə portfellərini həyata keçirmək və dəstəkləmək səbəblərini əsaslandırır.

İnsan kompetensiyaları:

Layihə, proqram və ya layihə portfelində iştirak yaxud rəhbərlik üçün zəruri olan şəxsi və şəxslərarası kompetensiyaları təsvir edir.

Praktiki kompetensiyalar:

Layihə, proqram və layihə portfellərinin uğurla həyata keçirilməsi üçün istifadə edilən metodlar, alətlər və texnikaları təsvir edir.

Layihə menecerinin kompetensiyası üzrə elementlər

Perspektivli kompetensiyalar:
  • Strategiya
  • Rəhbərlik, sturuktur və proseslər
  • Uyğunluq, standart və qaydalar
  • Hakimiyyət və maraqlar
  • Mədəniyyət və dəyərlər
İnsan kompetensiyalar:
  • Özünürefleks və özünüidarəetmə
  • Şəxsi bütövlük və etibarlılıq
  • Şəxsi ünsiyyət
  • Münasibət və qarşılıqlı fəaliyyət
  • Liderlik
  • Komanda işi
  • Münaqişə və böhranlar
  • İxtiraçılıq
  • Razılaşdırma
  • Nəticəyönümlülük
Praktiki kompetensiyalar:
  • Dizayn
  • Tələblər, tapşırıq və faydalar
  • Məzmun
  • Zaman
  • Təşkilat və informasiya
  • Keyfiyyət
  • Maliyyələr
  • Resurslar
  • Satınalmalar və tərəfdaşlıq
  • Planlaşdırma və nəzarət
  • Risklər və imkanlar
  • Maraqlı tərəflər
  • Dəyişikliklər və transformasiya
  • Seçim və balanslaşdırma

Əlavə kompetensiya elementləri:

  • Layihələrin idarə edilməsində informasiya texnologiyaları;
  • Layihə ofisinin yaradılması və idarə olunması;
  • Layihələrin  idarə edilməsi metodologiyası;
  • Şirkətin texniki yetkinlik modeli;
  • Layihələrin  idarə edilməsində biznes proseslər;
  • Layihə-yönümlü təşkilatların inkişafı və onların strukturu.