fbpx

Müşfiq Bayramov

Müşviq Bayramov

2016-cı ildə Sertifikatlaşmış Baş Layihə meneceri İPMA B sertifikatına layiq görülmüşdür.1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2003-cü ildə  Azərbaycan  Milli Elmlər Akademiyasının aspiranturasını biitirmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Elmlər akkademiyası və Beynəlxalq Əməliyyat şirkətinin birgə keçirdiyi gənc alim və tələbələrin elmi-tədqiqat işləri müsabiqəsinin qalibi olmuş və II  dərəcəli diploma layiq görülmüşdür.  2003-cü ildə elmi işini müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.  2003-cü ildə ABŞ-ın Oklahoma Universitetində enerji bazarlarının tədqiqatı sahəsində təcrübə keçmiş və elmi araşdırmalar aparmışdır.

2003-cü ilin sentyabr ayından bu günə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışır. Dövlət Neft Fondunda təhlilçi vəzifəsindən bölmənin müdir müavini vəzifələrinə qədər yüksəlmişdir. Hal hazırda Büdcə proqnozlaşdırma və layihələr departamentinin müdiri vəzifəsində  çalışır. AR  Nazirlər Kabinetinin Sərəncamları ilə yaradılmış müxtəlif dövlət komissiyalarının üzvü kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2009-cü il tarixli Sərəncamı ilə Dövlət Neft Fondunun inkişafındakı xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

  • Dövlət neft fondu, Büdcə proqnozlaşdırması şöbəsinin direktoru
  • Elmlər Akademiyasının İqsisad İnstitutu, Tətqiqatçı
  • PhD – Azərbaycan Elmlər Akademiyasının İqsisad İnstitutu
  • FəaliyyətAzərbaycan Respublikası Dövlət Neft Fondu - Büdcə proqnozlaşdırılması və layihə şöbəsinin direktoru
  • Layihə hesabatı Samur-Abşeron suvarma sisteminin yeniden qurulma layihəsi
  • SertifikatAZ.16.B.00016
  • Etibarlılıq2021.02.05