fbpx

Təlimlərə qoşularaq layihələri effektiv idarə etməyi öyrənin

28 iyun tarixindən etibarən IPMA beynəlxalq standartları üzrə keçirilən “Layihələrin idarə edilməsi” təlimi başlayacaqdır. Təlim 28 iyun – 09 iyul tarixləri arasında keçiriləcək, 12 saat, 6 dərsdən ibarət olacaqdır.İştirak haqqı 200 azn təşkil edir. Qeydiyyat üçün ad, soyad və əlaqə nömrənizi qeyd edin: info@ipma.az

TƏLİM PROQRAMI VƏ QRAFİKİ (YÜKLƏ)

Layihələrin idarə eidlməsi təlimi – praktiki yanaşma ilə keçirilərək bu sahədə ilkin anlayışlar əldə etmək və eləcə də, layihələrin idarə edilməsi üzrə biliklərini genişləndirmək və sistemləşdirmək üçün böyük rol oynayır.

Təlim zamanı bilik dairənizi genişləndirərək, keyfiyyətli fundament əldə edəcəksiniz ki, bunun da əsasında peşəkar istiqamətdə düzgün inkişafa doğru gedəcəksiniz. Təlim əsas vəzifəsi – layihələrin idarə edilməsi üzrə irəli getmək üçün optimal alətlərdən istifadə etmək, komandanı effektiv idarə etmək və uğurlu layihələri həyata keçirmək istiqamətində iştirakçılara praktiki bacarıqlar təqdim etməkdir. Təlimdən sonra təməli qoyulmuş baza bilikləri üzərindən digər genişləndirilmiş bilikləri mənimsəmək sizə daha asan olacaqdır.

Təlimçimiz Rəşad İbrahimov tərəfindən aparılan təlim proqramı 30% nəzriyyə və 70% praktiki tapşırıqlar üzərində qurulmuşdur. Əsas diqqət layihələrin idarə edilməsi üzrə gərəkli alətlərə yönəlmişdir, iştirakçılar ilə real layihələr üzərindən bir çox praktiki tapşırıqlar yerinə yetiriləcəkdir.

Təlim prosesində sizə bir çox materiallar da təqdim olunacaqdır ki, gələcək işinizdə bu sənədlərdən istifadə edə biləcəkiniz.

Əgər Siz düşünürsünüz ki, Project Management sizin istiqamətinizdir və steykholder, plan, risklər, resurslar, komandanın idarə edilməsi kimi sözlər sizi qorxutmursa, o zaman sizi “Layihələrin idarə edilməsi” təlimində mütləq gözləyirik!