fbpx

AzPMA növbəti PM təlimlərinə start verir

Layihələrin idarə edilməsi – sizin bir çox suallarınızı cavablandıran və təşkilatda işləri qaydasına salan ən mühüm prosesslərindən biridir. Bununla bərabər, layihələri idarə etmək üzrə zəruri bilik və bacarıqlara malik olmaq üçün təlimlənmək mütləq hesab olunur. Layihələrin idarə edilməsi üzrə təlim sizə ən yaxşı mütəxəssis olmaqda kömək edəcəkdir, çünki təlimdən sonra sizin öz zamanınız və resurslarınız üzrə geniş təsəvvürünüz olacaqdır. Əgər siz ən yaxşı layihə idarəetmə incəliklərinə malik olmaq istəyirsinizsə, o zaman layihələrin idarə edilməsi üzrə təlimində iştirak məhz sizin üçündür.

TƏLİM PROQRAMINI YÜKLƏ:TƏLİM_2021 May

Qeydiyyat üçün ad, soyad və əlaqə nömrənizi qeyd edin: info@ipma.az

TƏLİM SİZƏ HANSI ÜSTÜNLÜKLƏRİ VERİR:

  • Layihələrin idarə edilməsi təlimi zamanın mühümlüyünü, eləcə də məqsəd və tapşırıqların düzgün qoyulmasını öyrədəcəkdir. Siz zamanınızdan effektiv istifadə edərək məqsədlər üzrə prioritetləri düzgün ayırd etməyi öyrənəcəksiniz.
  • Siz artıq şirkətin ehtiyac və resurslarını müəyyən edə biləcəksiniz. Bu – vaxt, pul və ya işçi gücü ola bilər.
  • Siz layihə sənədləşməsinin necə aparıldığını öyrənə biləcəksiniz. Belə ki, layihədə hər bir addım – istər başlanğıcda, istərsə də layihənin sonunda mütləq sənədləşdirilməlidir. Bununla da siz etibarlı bir mənbə yaradaraq daha sonra yenidən baxış keçirərək müəyyən nəticələr və yoxlamalar əldə edə bilərsiniz.
  • Uğursuz layihələr üzərindən dərs çıxarmaq adətən boşuna xərclənmiş enerji, maliyyə, stress və üstünlüklərdən yararlana bilməmək kimi nəticələnir. Məhz bu səbəbdən, təlimlərdə iştirak edərək biliyinizi artırmaq sizi bir addım önə aparacaqdır.

Layihələrin idarə edilməsi təlimi uğurlu layihələrin icra edilməsi üzrə zəruri hesab olunan kompetensiyalarınızın inkişafını sürətləndirməkdə kömək olacaqdır.

Əgər Sizin əlavə məlumata ehtiyacınız varsa, bizim komanda ilə əlaqə saxlayın: info@ipma.az ; +99455 5119598

Tags