Young Crew

Young Crew IPMA və gələcək liderlərin inkişafında əsas komponentdir. Biz layihə idarə edilməsi sahəsində gənc mütəxəssislər üçün yaradılmış ilk qlobal şəbəkəyik. Bundan əlavə, biz layihə idarə edilməsi sahəsində çalışan gənc mütəxəssislər və 35 yaşına çatmamış tələbələr üçün nəzərdə tutulmuş bir platformayıq.


Bizim missiyamız:

Biz layihə idarə edilməsi sənətini yaradaraq, gənc və yeni formalaşan cəmiyyətlər arasında onu bu üsullarla təbliğ edirik:

Layihə, proqram və portfel idarə edilməsi sahələrində sizin kompetentliyinizi inkişaf etdirərək
Layihə, proqram və portfellərdə əldə etdikləriniz nailiyyətlərin qlobal şəkildə tanıdılmasının təmin olunması ilə
Sizin layihə, proqram və portfel idarəçiliyi karyeranızın konsultasiyası
Yeni tanışlıqlar üçün şəraitin yaradılması və layihə idarə edilməsi dünyası ilə əlaqələrin qurulması


Biz inanırıq ki:

İnsanlar hər bir başlanğıcın əsas dəyəridirlər
Peşəkarlıq kompetensiyanın, məsuliyyətin və cavabdehliyin artırılması ilə inkişaf olunur
Müxtəliflik dəyərləri çoxaldır. Onlara siz yalnız dəyərlərə hörmət göstərərək yiyələnə bilərsiniz
Maraq və istək fərdi inkişafın əsasları olaraq, yaradıcılıq və innovasiyaya yol açırlar

Dünyanın 27 ölkəsində Young Crew komandaları fəaliyyət göstərirlər: Avstriya, Çin, Çexiya, Dominikan Respublikası, Finlandiya, Qvatemala, Qazaxıstan, Niderland, Litva, Peru, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə, Çili, Xorvatiya, Danimarka, Estoniya, Almaniya, İtaliya, Latviya, Meksika, Nigeriya, Polşa, Rusiya, Sloveniya, İsveç.

Bu 9 ölkə layihələrə start vermək üçün motivasiyalı insanları axtarırlar: Bosniya və Herseqovina, Braziliya, Kosta Rika, Fransa, Nepal, Norveç, Panama, Slovakiya, Tayvan.


Yeni Young Crew yaradılmasında iştirak etməyin üstünlükləri:

Sahibkarlıq: Siz yeni komanda və təşkilat yaradılması üzrə təcrübə qazanacaqsınız
Tətbiqi beynəlxalq siyasət: Beynəlxaq assosiyasiyanın üzvü olmağınız sizi düzgün strateji düşüncə və addımlar atmağınıza şərait yaradan vəziyyətlərlə sınayacaq
Gözlənilməz vəziyyətlərdə liderliyinizi sərgiləyəcəksiniz


Young Crew üzvləri aşağıdakıları qazanacaqlar:

Layihə idarə edilməsi sahəsi üzrə konkret məlumata keçid
Young Crew tədbirlətinə aşağı qiymətlərlə keçid
Yeni biliklərin alınması və mübadiləsi
Təcrübəli layihə menecerləri ilə dialoq
Sənaye və digər sahələr nümayəndələri ilə birbaşa əlaqə
Təcrübə mübadiləsi
Gənc layihə menecerləri şəbəkəsinə inteqrasiya
Sizin şəxsi ideyalarınızın gələcəkdəki inkişafına şərait
Layihə idarə edilməsi sahəsində yazılmış elmi dissertasiyaların dəstəyi
Bol əyləncə!

Biz bunlara aşağıdakılar vasitəsi ilə nail oluruq:

Beynəlxalq tədbirlərin, konkursların və digər təşəbbüslərin təşkili ilə. Bu elmin inkişafı məqsədi ilə gənc layihə menecerləri cəmiyyətinin birləşməsi ilə.
Maraqların real layihələrə çevrilməsi ilə.


IPMA Young Crew müxtəlif maraq qruplarına yönəlmiş tədbirləri təşkil edir; bunların hər biri əyləncəni liderliyə doğru qoyulan ciddi addımlarla birləşdirir:

Global Young Crew Workshop bizim əlamətdar tədbirimizdir. Dünyanın 20-dən çox olkəsindən gəlmiş 100 yaxın iştirakçını birləşdirərək, bu böyük və əyləncəli bir təlimdə iştirak etmək istəyən gənc mütəxəssislər və tələbələrə mesajdır.

eCollaboration Qlobal Konkursu özündə Young Crew ənənələrinə xas olan professional inkişaf və əyləncə kombinasiyasını əks etdirərək, ona əlavə online çaları qatır. Bu bir online seminarı və konkursudur! Bu 24 saat ərzində keçirilən konkursda dünyanın bütün nöqtələrindən olan iştirakçıları cəmləyən komandalar öz aralarında onlara təqdim edilmiş çətin bir keys-stadinin həll olunması uğrunda yarışırlar.

Layihə İdarə Edilməsi Çempionatı dünyanın müxtəlif ölkələrində keçirilir. Bu tədbirin məqsədi öz şəxsi inkişafları üzərində çalışan və yeni mərhələyə keçmək istəyən gənc tələbələrə platforma yaradmaqdır. Tədbirin nəticəsində yalnız bir komanda gəlib və onlar ən yaxşı layihə menecerləri adına layiq görülüllər.


Bundan əlavə, milli Young Crew təşkilatları özləri bir çox qlobalyönümlü tədbirlər keçirdillər.

Şirkətimizin məqsədi - yüksək keyfiyyətlə genişmiqyaslı xidmət növlərini təqdim etməkdir.