
Beynəlxalq layihə idarəetməsi sertifikatını Azərbaycanda əldə edin
AZPMA — Azərbaycan Layihə İdarəetməsi Assosiasiyası — IPMA-nın beynəlxalq metodologiyası əsasında peşəkarlara sertifikatlaşdırma təklif edir.
Beynəlxalq imtahana giriş
Azərbaycan və Rus dilində
IPMA ICB4
International Project Management Association Individual Competence Baseline, Version 4
5 il sertifikat etibarlılıq müddəti
1 ay ərzində təlim
8 dərs və oyunla!
AzPMA haqqında
Azərbaycan Layihə Menecmenti Assosiasiyası (AzPMA) Beynəlxalq Layihə Menecmenti Assosiasiyasının (IPMA) Azərbaycandakı akkreditə olunmuş nümayəndəsidir.
AzPMA layihə idarəetməsi sahəsində peşəkar inkişafı dəstəkləyir, beynəlxalq standartların tətbiqini təşviq edir və sertifikatlaşdırma, təlim, tədqiqat və peşəkar icma fəaliyyətləri vasitəsilə layihə idarəetməsi ekosisteminin inkişafına töhfə verir.
- Kompetensiya və təcrübəyə uyğun beynəlxalq IPMA sertifikatlaşdırması (A–D səviyyələri)
- ICB4 kompetensiya modeli əsasında layihə meneceri kompetensiyalarının qiymətləndirilməsi və inkişafı
- Dünyanın müxtəlif ölkələrindən layihə idarəetməsi peşəkarları ilə əməkdaşlıq və bilik mübadiləsi imkanları
- IPMA Young Crew və IPMA Kids proqramları vasitəsilə gələcək nəsil liderlərin inkişafı
- IPMA standartlarına uyğun akkreditə olunmuş təlim və inkişaf proqramları
Nə axtarırsız?
Sertifikatlaşdırma
IPMA ICB4 metodologiyası əsasında beynəlxalq layihə idarəetməsi sertifikatı əldə edin.
Sertifikat haqqında hərşey!Akkreditasiyalı Təlimlər
Sertifikatlaşdırmaya hazırlıq üçün akkreditasiyalı təlim proqramlarımızda iştirak edin.
Təlimlərə bax!Təqvim & İmtahanlar
Yaxınlaşan təlim, imtahan və tədbirlərin tarixlərini təqvimdə izləyin.
Yenidən Sertifikatlaşdırma
Sertifikatınızın etibarlılıq müddəti bitmədən resertifikasiya prosesini tamamlayın.
Ətraflı bax →Kids & Young Crew
Gənc nəslin layihə idarəetməsi bacarıqlarını inkişaf etdirən xüsusi proqram.
Ətraflı bax →