fbpx

ŞAHDAĞA BİLİK SƏYAHƏTİ

Layihə menecmenti üzrə praktik təlim və xoş istirahət istəyirsinizmi? AzPMA 01-03 mart tarixlərində Quba şəhərində

6 saat təlim + şən və maraqlı istirahət formatında Qış Məktəbi keçirəcəkdir.
“Şahdağa bilik səyahəti” Təlim proqramının məqsədi layihə menecmenti üzrə real biliklər vermək və layihə menecerlərinin əlaqələrinin gücləndirilməsi üçün birgə istirahətin təminidir. Artıq sübut olunmuşdur ki, non-stop formatında təlimlər və komanda işi sinergetik effekt verir. AzPMA-nın davamlı olaraq keçirdiyi bu formatlı təlimlər də bunu sübut edir.
Bizim təlimçimiz – Rəşad İbrahimov
IPMA level-B: Certified Senior Project Manager (CSPM)
Certified Internal QMS Auditor
ISO 9001:2008 and ISO 19011:2002

  • AzərTürkBank-ın Project Management Office rəhbəri;
  • 15 ildən artıq neft-qaz qazma, istehsalat və bank sistemlərində menecer və müxtəlif növ layihələrdə rəhbərlik;
  • Azərbaycan müəssisələrində Dəyişikliyin idarəetməsi və Project Management Office yanaşmasının praktik tədbiqcisi;
  • Lomonosov adına Moskva Dövlət Universitetinin MBA proqramının dinləyicisi.
Səfərə nə daxildir:
  • Transferlər (Bakı-Quba-Bakı, Quba-Şahdağ-Quba)
  • Layihə Menecmenti üzrə 6 saatlıq təlim (2 gün ərzində keçiriləcəkdir)
  • Quba şəhərində oteldə 2-nəfərlik otaqda yaşayış
  • Şahdag Qış Turizmi Mərkəzinə ekskursiya və regionun ən maraqlı turizm layihəsi ilə tanışlıq
  • Gündə 3 dəfə yemək
  • Gündə 2 dəfə kofe-breyk/çay dəsgahı
  • Otelin SPA və Fitnes xidmətlərindən istifadə.
Qeydiyyatdan keçmək üçün: http://2019.ipma.az/shahdag
Tags