Görüş zamanı menecerlər öz uğur yollarından qısaca olaraq danışaraq bir-birləri ilə daha yaxından tanış olmaq imkanı əldə etdilər.
AzPMA-nın İcraçı direktoru Fatimə Axundova çıxış edərək qeyd etdi ki, hər bir sahənin öz keyfiyyət işarəsi olduğu kimi, layihələrin idarə edilməsi sahəsində də peşəkarlığı və kompetensiyaları IPMA sertifikatı təsdiq edir. IPMA beynəlxalq sertifikatı layihə menecerinin peşəkar dərəcəsini təsdiq etməklə yanaşı, menecerin ambisiyalarından, öz peşəsinə olan dərin marağından, inkişafına zaman və büdcəsini investisiya edə bilmək bacarığından xəbər verir.
Görüşdə PMO.az Layihə Düşüncə Məktəbinin təsisçisi və direktoru Rəşad İbrahimov da çıxış edərək, bu istiqamətdə menecerlərin sayının artırılması mühümlüyünü qeyd etdi. IPMA kompetensiyaları üzrə biliklərə sahib olmaqla beynəlxalq dərəcəli layihə menecerləri ilə eyni dildə danışmaq, layihələri beynəlxalq standartlar üzrə idarə etmək, bu istiqamətdə təlimlənmək və təlimləndirmək günümüzün ən aktual istiqamətlərindən hesab olunur.
Sonda iştirakçılara sertifikatlar təqdim olundu. Sertifikat alan hər kəsi təbrik edir və daha böyük nailiyyətlər əldə etməyi arzulayırıq.