fbpx

Beynəlxalq Layihə Menecmenti günü

Bütün dünyada bu gün Beynəlxalq Layihə Menecmenti günü kimi qeyd edilir. Bu peşəkar bayram günündə AzPMA, Elektron Hökümətin İnkişafı Mərkəzi və PMO.az birgə əməkdaşlığı ilə layihə menecerləri bir araya toplanaraq bu günü xüsusi tədbir ilə qeyd etdilər.
Tədbirdə AzPMA-nın təsisçisi və prezidenti professor İqbal Babayev açılış edərək, ölkəmizdə uğurlu layihələrin sayının artması və bu sahəyə daha çox insanların yönəlməsi barədə danışdı. Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov həmçinin çıxış edərək proseslərin düzgün idarə edilməsində və layihələrin uğurla reallaşdırılmasında layihə menecmenti amilinin mühümlüyünü qeyd etdi. PMO.AZ direktoru Rəşad İbrahimov öz çıxışında şirkətin il ərzində əldə etdiyi nailiyyətlər və məzun olmuş mütəxəssislərin verdiyi töhvələr barədə danışdı.
Daha sonra AzPMA-nın akkreditasiya olunmuş və IPMA standartları üzrə təlim keçən PMO.AZ şirkətində təlimi bitirmiş və uğurla imtahan verərək IPMA beynəlxalq sertifikatını əldə edən layihə menecerlərinə sertifikatlar təqdim edildi.
Sonda bütün layihə menecerləri bir araya toplanaraq təntənəli surətdə bu günü qeyd etdilər.
Əziz layihə menecerləri, peşəkar bayramınızı təbrik edirik!