fbpx

IPMA D dərəcəsi

Sənədlər

Yeni İPMA sertifikatlaşdırma qaydaları İCR 4 əsasən, IPMA beynəlxalq sertifikatın əldə
edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

Ərizə forması

Ərizə  (yüklə) IPMA sertifikatlaşdırma proqramının dərəcələrindən birini almaq məqsədilə müraciət edən iddiaçıların identifikasiyası üçün nəzərdə tutulmuşdur. Ərizədə iddiaçı eləcə də sertifikatlaşdırma prosesinin şərtləri və layihə idarəçiliyi üzrə sertifikatlaşdırma prosesini keçən şəxsin öhdəlikləri barədə məlumatlandırıldığını göstərir. Ərizəyə layihə, proqram və portfel haqqında məlumatların təqdim olunması, həmçinin, sertifikatlaşdırmanın keçirilməsi üzrə xidmət haqqının ödənilməsinə cavabdehlik barədə məlumatlar daxildir. İddiaçı eləcə də qeyd edir ki, sertifikat almış mütəxəssislərin siyahısı, sertifikatdan sui-istifadənin və layihə meneceri qismində fəaliyyətin dayandırılmasının nəticələri barədə məlumatların ictimai mənbələrdə dərc olunmasından xəbərdardır. İddiaçı ərizə formasını doldurduqdan sonra onu imzalayır.

Tərcümeyi-hal (СV)

Tərcümeyi-halda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

  • iddiaçı haqqında məlumat;
  • təhsili;
  • peşəkar bacarıqlar;
  • karyera;
  • layihə idarəçiliyi sahəsində treninq və tədris kursları və s.;
  • layihə idarəçiliyi üzrə öyrənilmiş ədəbiyyat;
  • iddiaçının layihə idarəçiliyi üzrə təhsili;
  • iddiaçının layihə idarəçiliyi sahəsində müəyyən mövzular üzrə publikasiyaları;
  • rəy (rekomendasiya) verən şəxslər.
Özünü-qiymətləndirmə vərəqəsi

IPMA sertifikatlaşdırma sisteminin hər bir mərhələsində iddiaçının özünü-qiymətləndirmə vərəqəsini (yüklə) tərtib etməsi səciyyəvi tələbdir. IPMA sertifikatlaşdırma sisteminin tərkib hissəsi olan özünü-qiymətləndirmə namizədə özünün güclü tərəflərini və əlavə diqqət tələb edən sahələrini dəyərləndirməyə kömək edir. Hər bir yeni mərhələdə iddiaçı özünü-qiymətləndirmə vərəqəsini yüksək diqqətlə tərtib etməyi bacarmalıdır. Bu cür qiymətləndirmə namizədə müvafiq tədris və ya hazırlıq kursu seçimində daha əsaslandırılmış qərar qəbul etməyə imkan yaradır.

İmtahan

3.2.15 D səviyyə yazılı formada seçim imkanları geniş olan açıq tipli suallardır.Çoxvariantlı sualların hərəsinin minimum 4 variantı var ki, bunların da içərisindən yalnız bir variant seçilə bilər.Qiymətləndirmə zamanı səhv və ya heç cavablandırılmayan suallar düzgün cavabların sayına öz təsirini göstərmir. D səviyyə imtahan 3 saat davam edir.

 

3.2.16 İmtahan nəticələrinin uğurlu və ya namizədin kifayət qədər bacarıqlı olmaması ekspertlərin rəyinə görə müəyyənləşdirilir. Əgər namizəd ümumi keçid balından 5%  və ya az bal toplayarsa imtahan vərəqəsi sərbəst şəkildə digər ekspertlər tərəfindən yenidən yoxlanışa göndərilir və qiymətlər müqayisə edildikdən sonra yekun qiymət çıxarılır.