fbpx

Beynəlxalq sertifikatların təqdimatı

04 mart tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə icra olunan layihə çərçivəsində 8 universitetdən olan müəllim kollektivinə beynəlxalq sertifikatların təqdimetmə mərasimi keçirilmişdi.
Tədbirdə ADNSU-nun rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı çıxış edərək müasir dövrdə gənclərin layihə idarəetməsi sahəsində hazırlığının mühümlüyünü və bu istiqamətdə universitetin atdığı addımlar barəsində danışdı. Daha sonra AzPMA-nın prezidenti professor İqbal Babayev çıxış edərək beynəlxalq təcrübələrdən nümunələr gətirdi və layihələrin idarə edilməsi sistemində yeni istiqamətlərdən, imkanlardan söhbət açdı.
Tədbirdə Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Mühəndislik Universiteti, Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak etmişdilər. Sonda IPMA beynəlxalq standartları əsasında keçirilən imtahanı müvəffəqiyyətlə başa vurmuş hər bir iştirakçıya beynəlxalq sertifikat təqdim edildi. Onların adları IPMA-nın beynəlxalq reyestrinə daxil edilir və əldə etdikləri sertifikat dünya ölkələri tərəfindən tanınır.

Sonda iştirakçılar layihənin təşəbbüskarlığına görə İqbal Babayevə, təşkilatçılığa görə Mustafa Babanlıya təşəkkürlərini bildirdilər. Həmçinin, iştirakçılar tədbirin sonunda ADNSU-da yeni açılan açıq kitabxana ilə tanış oldular.