IPMA D dərəcəsi — Layihələrin İdarə Edilməsi Üzrə Sertifikatlaşdırılmış Mütəxəssis

Tələblər

Layihə idarəçiliyi üzrə iş təcrübəsi vacib deyildir. Lakin, namizədin öz biliklərini hər hansı bir səviyyədə təcrübədə tətbiq etməsi üstünlük gətirə bilər.

Əsas kompetensiya

Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ SERTİFİKATLAŞDIRILMIŞ MÜTƏXƏSSİS funksiyasını icra edir. Layihə idarə edilməsi üzrə mütəxəssis layihə idarəçiliyi sahəsində biliklər tətbiq etmək qabiliyyətinə malikdir və layihədə komandanın bir üzvü kimi işə cəlb oluna bilər, lakin onun ümumi bilikləri daha mürəkkəb tapşırıqların icrası üçün kifayət deyildir. Layihə idarəçiliyi üzrə mütəxəssis adətən kollektiv çərçivəsində tapşırıqların icrası üzərində işləyir.

İstənilən kompetensiya elementini təcrübədə həyata keçirə bilir və onları tətbiq etmək qabiliyyətinə malikdir.

D dərəcəsi üçün tələb olunan sənədlər

  1. Ərizə
    • Asessor tərəfindən İPMA dərəcəniz qiymətləndirilir
  2. Sertifikatlaşdırma barədə müqavilə
  3. Diplomun elektron kopyası
  4. Şəxsiyyət vəsiqəsinin elektron kopyası
  5. Tərcüməi hal (CV), 2 rəyçi adları və kontaktları

Sənədlər

Özünüqiymətləndirmə Cədvəli
Ərizə Forması

Digər dərəcələr

A

Level A

Sertifikatlı Layihə Direktoru

Ətraflı bax →
B

Level B

Sertifikatlı Baş Layihə Meneceri

Ətraflı bax →
C

Level C

Sertifikatlı Layihə Meneceri

Ətraflı bax →