IPMA Sertifikatlaşdırma Sistemi

Təcrübənizə və bilik səviyyənizə uyğun beynəlxalq dərəcəni seçin. Hər səviyyə ICB4 standartı əsasında qiymətləndirilir.

Beynəlxalq Dərəcəli Menecerlər

IPMA ICB4 (Individual Competence Baseline 4) layihələrin idarə edilməsi sahəsində beynəlxalq səviyyədə tanınan kompetensiya standartıdır. Bu standart Beynəlxalq Layihələrin İdarə Edilməsi Assosiasiyası (IPMA) tərəfindən hazırlanmışdır və layihə menecerinin uğurlu fəaliyyət göstərməsi üçün tələb olunan bilik, bacarıq və davranış kompetensiyalarını müəyyən edir.

ICB4 standartı layihə idarəetməsinə yalnız metodologiya baxımından deyil, həm də liderlik, strateji düşüncə və praktiki tətbiq aspektlərindən yanaşır. Standart aşağıdakı üç əsas kompetensiya sahəsini əhatə edir:

  • Perspektiv (Perspective) — Layihənin təşkilati və strateji mühitini anlamaq
  • İnsanlar (People) — Liderlik, ünsiyyət, komanda idarəçiliyi və şəxsi bacarıqlar
  • Praktika (Practice) — Layihənin planlaşdırılması, risklərin idarə edilməsi, keyfiyyət, resurslar, vaxt və büdcənin idarə olunması kimi texniki kompetensiyalar

IPMA Sertifikatlaşdırılması

IPMA sertifikatı layihələrin idarə edilməsi üzrə peşəkar bilik və praktiki təcrübəni beynəlxalq səviyyədə təsdiq edən kompetensiya əsaslı sertifikatlaşdıryədən ibarətdir:

  • Level A – Sertifikatlı Layihə Direktoru
  • Level B – Sertifikatlı Baş Layihə Meneceri
  • Level C – Sertifikatlı Layihə Meneceri
  • Level D – Sertifikatlı Layihələrin İdarə Edilməsi Mütəxəssisi

IPMA sertifikatı dünyanın bir çox ölkəsində tanınır və layihələrin idarə edilməsi sahəsində peşəkar kompetensiyanın beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir.

Sertifikat Bazası

Sertifikatlaşdırılmış mütəxəssislərin bazasında ad, sertifikat nömrəsi və ya ölkə üzrə axtarış edin.

Səviyyə Sertifikat № Ad Soyad Qeydiyyat tarixi Etibarlılıq tarixi Ölkə

Dərəcələr

LEVEL D

Certified Project Management Associate

Layihə idarəedilməsi üzrə fundamental biliklərrübə tələbi yoxdur.

400 avro

Ətraflı məlumat →
LEVEL C

Certified Project Manager

Mürəkkəb olmayan layihələri müstəqil şəkildə idarə edən mütəxəssislər üçün. Minimum 36 ay layihələrdə iş təcrübəsi tələb olunur.

600 avro

Ətraflı məlumat →
LEVEL B

Certified Senior Project Manager

Kompleks, mürəkkəb layihələri idarə edən və idarəetmə təcrübəsi zəngin olan şəxslər üçün. Minimum 60 ay layihə rəhbəri təcrübəsi tələb olunur.

800 avro

Ətraflı məlumat →
LEVEL A

Certified Project Director

Strateji portfelləri və genişmiqyaslı proqramları idarə edən top-menecerlər üçün. Ən yüksək IPMA dərəcəsi.

1000 avro

Ətraflı məlumat →

Resertifikasiya

Resertifikasiya keçmək üçün tələb olunan sənədlər:

Resertifikasiyanın şərtləri layihə idarəçiliyi sahəsində aktiv fəaliyyət, təhsilin davam etdirilməsi və kvalifikasiyanın daima artırılması, eləcə də layihə idarəçiliyi sahəsində iş bacarığı və təcrübə əldə etməkdir.

  • Yenilənmiş ərizə — (yüklə)
  • Yenilənmiş tərcümeyi-hal (CV)
  • Yenilənmiş özünü-qiymətləndirmə vərəqəsi — (yüklə)
  • Yenilənmiş layihə, proqram və portfellər siyahısı
  • Sertifikatın faktiki etibarlılıq dövründə peşəkar fəaliyyət haqqında hesabat (bura daxildir: layihə, proqram və portfellər çərçivəsində namizəd tərəfindən icra edilmiş funksiya, vəzifə və tapşırıqlar; onların mürəkkəbliyi, eləcə də sertifikat sahibinin həmin layihə, proqram və portfellərdə iştirak müddəti)
  • Sertifikatın faktiki etibarlılıq dövründə təhsilin davam etdirilməsi haqqında hesabat (bura daxildir: istənilən formada təliyi sahəsində iş təcrübəsi ilə tanış olan şəxslərin siyahısı; lazım gəldiyi təqdirdə asessorlar rəy almaq məqsədilə bu şəxslərlə əlaqə saxlaya bilərlər)
  • Namizədin kompetensiyası və peşəkar davranışı haqqında yazılı şikayətlər (əgər varsa)
  • Namizədin kompetensiyası, peşəkar artımı və davranışı haqqında əlavə sübutlar (namizədin öz istəyi ilə)
Dərəcə Məbləğ
Level D 180 avro
Level C 300 avro
Level B 480 avro
Level A 600 avro

Yenidən sertifikasiya

Layihə menecerlərinin yenidən sertifikatlaşdırılması proseduru:

  1. Namizəd aşağıda göstərilən bütün sənədləri Assosiasiyaya təqdim edir.
  2. Sertifikatlaşdırma orqanı asessorlara yenidən sertifikatlaşdırma prosesini keçən namizədi qiymətləndirmək üçün standart forma təqdim edir.
  3. Sertifikatlaşdırma orqanı asessorların ümumi qiyməti əsasında sertifikatın yenilənməsi (etibarlılıq müddətinin artırılması) barədə qərar qəbul edir.
  4. Müsbət qərar verildiyi halda namizədə yenilənmiş sertifikat təqdim olunur.
Dərəcə Məbləğ
Level D 120 avro
Level C 200 avro
Level B 320 avro
Level A 400 avro