fbpx

l Milli Layihə Menecmenti Forumu

11 dekabrda keçiriləcək I Milli Layihə Menecmenti Forumunun Rəsmi Tərəfdaşı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Baş Tərəfdaşı isə BP şirkətidir.

Azərbaycanda layihə menecmenti sahəsində ilk ümumrespublika forumu minlərlə mütəxəssisin cəlb olunduğu sahənin inkişafını qiymətləndirmək, beynəlxalq layihə menecmenti standartlarını rəsmi səviyyədə təqdim etmək və bu istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətilə ölkə səviyyəsində nümayiş etdirmək niyyətindədir.

Forumda AzPMA prezidenti İqbal Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin üzvü Tahir Mirkişili, Azəbraycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və başqaları çıxış edəcəkdir.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi