fbpx

Azərbaycanda layihə menecerlərini bir araya toplayan “Project Experience Day 2024” tədbiri keçirildi

27 aprel tarixində Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının təşkilatçılığı və Proes şirkətinin baş tərəfdaşlığı ilə peşəkar layihə menecerlərini bir araya toplayan möhtəşəm Project Experience Day 2024 tədbiri keçirilmişdi.

Tədbirin keçirilməsində əsas məqsəd təcrübə mübadiləsi, yeni yanaşma tətbiqlərinin nümayiş etdirilməsi və gələcəkdə optimal strategiya qurmaq üzrə dəyərli məlumatlar əldə edilməsi idi.

Açılışda AzPMA-nın prezidenti prof.İqbal Babayev dünyada və Azərbaycanda layihə menecmenti ilə bağlı yeniliklərdən və əldə edilən uğurlar barədə məlumat verdi. İqbal Babayev çıxışında bildirdi ki, belə tədbirlərin davamlı olaraq keçirilməsi bu sahədə yeni çalışmağa başlayan mütəxəssislər üçün ən yaxşı təcrübədir və AzPMA hər zaman bu istiqamətdə onlara dəstək olmağa çalışır.

Daha sonra tədbirin baş tərəfdaşı Proes şirkətinin təsisçisi və rəhbəri Samir Bəşirov çıxış edərək, gələn iştirakçılara və qonaqlara öz minnətdarlığını bildirdi və layihələrin idarə edilməsi ilə bağlı fikirlərini bölüşərək bu sahədə kadrların hazırlanmasının xüsusi vacibliyini diqqətə çatdırdı. Peşəkar komanda ilə çalışan Proes şirkəti üstün nəticələr əldə etmək üçün layihələrin idarə edilməsində ən son texnologiyalardan və müasir standartlarlardan istifadə edir.

Açılış hissəsində həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Layihələrin idarə oluması şöbəsinin sektor müdiri Türkan Vüsət, Dövlət İqtisad Universiteti Elmi işlər üzrə prorektor Fariz Əhmədov, İnformasiya Texnologiyaları İnstitunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və TƏBİB icraçı direktor müavini Araz Nəsirov, ADA Universitetinin professoru Ceyhun Məmmədbəyli çıxış edərək layihələrin idarə edilməsi sahəsində atılan addımlardan danışdılar.

Tədbir öz işini panel iclaslarla davam etdirib. “Layihələrin idarə edilməsində müasir yanaşmalar” adlı I panel hissəsində 5 sahə üzrə mövzulara toxunulmuşdur:

  • “Dağ-mədən sənayesində layihə idarəolunması” – Azergold, şöbə rəhbəri  Fikrət Adıgözəlov
  • “İT layihələrində xüsusi idarəetmə sistemi. Crisis management” – Best Comp, Baş İcraçı Direktorun müavini, Rəqəmsal Transformasiya və Proqram Menecmenti üzrə baş müdir Orxan Bədəlov
  • “Təhsil sektorunda dəyişikliklərin idarə edilməsi” – Təhsilin İnkişafı Fondu, İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova
  • “Müasir idarəetmə və liderlik” – BP AGT, Daxili əlaqələr üzrə direktor Rüfət Ağayev
  • “Bank işinin inkişafında layihələrin idarə edilməsinin təşkili və idarəetmə” – Pasha Bank, İnşaat Sənaye rəhbəri Ehtiram Qəhrəmanov

Tədbirin davamında “Layihələrin idarə edilməsində beynəlxalq standartlar” adlı növbəti II paneldə daha 6 sahə üzrə menecerlərin çıxışı olmuşdu.

  • “İnsan kapitalına investisiya: əldə edilmiş uğurlar və perspektivlər” – Azərbaycan Respublikası Dövlət Neft Fondu, Büdcə proqnozlaşdırma və layihələr departamentinin direktoru Müşviq Bayramov
  • “Səhiyyə Sahəsində Layihələrin İdarə Edilməsi: Milli Prioritetlərin Yeni Reallıqlara Çevrilməsi” – TABİB, Layihələrin idarə edilməsi şöbəsinin rəhbəri Fəqan Həsənzadə
  • “Layihələrin idarə edilməsində sifarişlərin qəbulu və icrası ilə bağlı problemlərin həlli” – İTMİM, Layihələrin idarə edilməsi və innovasiyaların tətbiqi şöbəsinin müdiri Fuad Həsənli
  • “İş effektivliyin artırılmasında planlaşdırma və zamanın idarə edilməsinin rolu” – Proes, İdarə Heyətinin üzvü Fərid Hacı
  • “Müasir yanaşma: layihələrin idarə edilməsində hibrid metodologiyalar” – İDDA, Aparıcı Layihə Meneceri Məhəmmədşəfi Mehdiyev
  • “Layihə Düşüncəli Standartlar” – PMO.az, Partnyor və ekspert Sübhan Qaragözov

Panellərin sonunda AzPMA-nın icraçı direktoru Fatimə Axundova gələn qonaqlara minnətdarlığını bildirdi və gələcək layihələrdə də fəal iştiraka dəvət etdi.

Daha sonra isə iştirakçılar bilet püşkatması ilə hədiyyələr də qazana bildilər. İştirakçılar tədbir çərçivəsində ölkənin ən aparıcı şirkətlərinin peşəkar layihə menecerləri təcrübələrini dinlədilər, işgüzar əlaqələr qurmaq imkanına malik oldular, həmçinin, beynəlxalq sertifikasiya sistemi haqqında ətraflı biliklər əldə etmiş oldular.

Qeyd edək ki, tədbirin təşkilatçısı Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasıdır AzPMA artıq 25 ildir ki, International Project Management Association (IPMA) təşkilatının Milli Tərəfdaşıdır və layihə menecmenti üzrə beynəlxalq sertifikasiyanı həyata keçirir.