IPMA A dərəcəsi — Sertifikatlaşdırılmış Layihələr Direktoru
Tələblər
Strateji əhəmiyyət daşıyan portfel və/və ya proqram idarəetməsi sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb portfel və ya proqram idarəçiliyi üzrə məsuliyyətli rəhbər vəzifələrdə 3 il və layihələrin idarə edilməsi üzrə 2 il iş stajı.
Əsas kompetensiya
Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏR DİREKTORU funksiyasını icra edir. Layihələr direktoru layihə idarəçiliyi sahəsində çalışan mütəxəssislərin köməyi ilə, digər layihələrin rəhbərlərinə (menecerlərinə) rəhbərliyi həyata keçirməklə portfel və proqramları idarə etməyi bacarmalıdır:
- Şirkətin/təşkilatın və ya təşkilatın filialının mürəkkəb portfelinin idarəçiliyinə və ya, bir və ya bir neçə vacib proqramın idarəçiliyini həyata keçirir və layihə rəhbərlərini (menecerlərini) onların layihələrin idarə edilməsində kompetensiyasını artırmaları üçün təlimləndirir
- Layihə menecerlərinə və baş layihə menecerlərinə rəhbərlik edir və portfel və proqram komandasının üzvlərini idarə edir
- Proqram və portfel üçün layihə idarəçiliyinin tələblərini, mədəniyyətini, proseslərini, metodlarını, texnikalarını, alətlərini, vəsaitlərini, sorğu kitabçalarını inkişaf və təmin edir
A dərəcəsi üçün tələb olunan sənədlər
- Ərizə
- Asessor tərəfindən İPMA dərəcəniz qiymətləndirilir
- Sertifikatlaşdırma barədə müqavilə
- Diplomun elektron kopyası
- Şəxsiyyət vəsiqəsinin elektron kopyası
- Tərcümeyi hal (CV)
- Layihələr üzrə yekun hesabat
- Layihə təklifi
- Layihə hesabatı
- Rəy məktubları (2)
Sənədlər
Özünüqiymətləndirmə Cədvəli
Ərizə Forması
Rəy Məktubu Nümunəsi
Hesabat Forması
Yekun Hesabat (B/C) Forması
Layihə Təklifi Forması